Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“GəncLİK” proqramının bağlanış mərasimi keçirilib


Gənclərdə liderlik qabiliyyətinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) tərəfindən 2019-cu ildən etibarən  təşkil olunan “GəncLİK” (Liderlərin İnkişafı Konsepsiyası) proqramının bağlanış mərasimi baş tutub.
 
Proqramda iştirak edən 30 gənc lider layihə müddəti çərçivəsində “Komanda quruculuğu”, “Liderlik və menecment”, “Strateji iderəetmə”, “Rəqəmsallaşma və innovasiya”, “Gənclər siyasəti” mövzuları olmaqla, ümumilikdə 18 təlim mövzusunda yerli və xarici 3 aylıq təlim müddəti keçib, dövlət qurumlarının və özəl qurumların rəhbər şəxsləri ilə qeyri rəsmi görüşlər keçirib, müxtəlif səfərlərdə iştirak ediblər. Proqram çərçivəsində gənc liderlərin karyera yüksəlişi təşviq olunub, onlar arasından bir neçə şəxs rəhbər vəzifələrə təyinat alıb.
 
Sözügedən proqramın bağlanış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov və Azərbaycan Gənclər  Fondunun icraçı direktoru Fərid Cəfərov, gənclər təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.
 
Natiqlər çıxışlarında proqramı müvəffəqiyyətlə başa vuran gənc liderləri təbrik edib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Şanlı Zəfər tarixindən bəhs ediblər. “GəncLİK” proqramının müxtəlif istiqamətlərdə həyata keçirilən digər layihələr kimi gənclərin bütün sahələrdə inkişafını dəstəkləməklə onların yeni bilik və bacarıqlar əldə etməsinə imkan verdiyi vurğulanıb.
Bildirilib ki, proqram çərçivəsində kəşf olunan və təlimləri uğurla yekunlaşdıran potensiallı gənc liderlər karyera yüksəlişi ilə təmin edilib. “GəncLİK” proqramı gənclərimizdə liderlik keyfiyyətlərinin dövlətçilik maraqlarına uyğun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli proqramlardan biridir. Proqramı uğurla başa vuran gənc liderlər bundan sonra da dövlət gənclər siyasətinə böyük töhfələr verəcəklərinə inandıqlarını söyləyiblər.
 
“GəncLİK” proqramı üçün daxil olan 1000 müraciətdən yalnız seçim meyarlarına uyğun gələn 30 gənc “GəncLİK” Proqramında iştirak hüququ qazanmışdı.


Tarix: 02-11-2021 16:19