Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

6 saylı Bakı “ASAN xidmət” mərkəzində YAP ərazi partiya təşkilatı yaradılıb


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) ərazi  partiya təşkilatı yaradılması ilə bağlı tədbir keçirilib.

Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan  və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət quruculuğu siyasətindən söz açıb.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə qeyd edib ki, fəaliyyətində daim yeniləşməyə, müasirləşməyə, təkmilləşməyə xüsusi önəm verən Yeni Azərbaycan Partiyası VII qurultayında qəbul etdiyi qərarlarla bir daha yenilikçi siyasi qüvvə olduğunu nümayiş etdirdi. 

Tədbirlərdə təşkilatı məsələlərə baxılıb və İdarə Heyətinin sədri, üzvləri müəyyənləşiblər.

Həmçinin YAP sıralarına yeni qəbul olunmuş “ASAN xidmət” mərkəzlərinin əməkdaşlarına partiya vəsiqələri təqdim edilib.


Tarix: 04-11-2021 14:38