Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun növbəti görüşü baş tutub
Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun 2021-ci il 18 noyabr tarixində növbəti görüşü baş tutub.
Görüşdə İşçi qrupunun rəhbəri qismində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin nümayəndələri. eyni zamanda ekspertlər iştirak ediblər.
Görüş çərçivəsində Qlobal İnnovasiyalar İndeksinin 3.1.1-ci (İKT-lərin əlçatanlığı) və 3.1.2-ci (İKT-lərdən istifadə), 7.3.4-cü (Mobil Aplikasiyaların yaradılması) indeksləri üzrə Azərbaycanın mövqeyi, əldə olunan nəticələr və gələcəkdə həyata keçirilməsi planlaşdırılan tədbirlər müzakirə olunub. Müzakirələr nəticəsində 3.1.1-ci, 3.1.2-ci və 7.3.4-cü sub-indekslərinin alt bəndləri üzrə araşdırmaların aparılması və məlumat mənbələrinin müəyyən edilməsi üzrə tapşırıqlar verilib, müvafiq beynəlxalq təşkilatlarla əlaqələrin qurulması və məlumat mübadiləsi aparılması istiqamətində qərar verilib.