Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Qazaxıstanlı hakimlər “ASAN xidmət”də


Qazaxıstan Respublikası Ali Məhkəməsinin hakimlərindən ibarət nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. 

Qonaqlara “ASAN xidmət”in yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə ölkədə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, “ASAN xidmət”ə bu günədək 49 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb. Qeyd edilib ki, Azərbaycanın dövlət xidmətləri sahəsində əldə etdiyi uğurlar beynəlxalq səviyyədə də qiymətləndirilib. Belə ki, “ASAN xidmət” 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülüb.

Qonaqlara, həmçinin Dövlət Agentliyinin elektron hökumət sahəsində həyata keçirdiyi fəaliyyət, həmçinin “İnnovasiyalar Mərkəzi” və “ABAD” publik hüquqi şəxsin fəaliyyətləri və nailiyyətləri barədə geniş məlumat verilib.

Qonaqlar ASAN Radio, “ASAN Təlim-Tədris Mərkəzi”, “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olublar. Yaradılmış şərait və iş prinsipi ilə tanış olan nümayəndə heyəti "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıb.


Tarix: 22-12-2021 11:36