Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupun növbəti görüşü baş tutub


10 mart 2022-ci il tarixində “Texnologiya və innovasiya” üzrə işçi qrupun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun üçüncü görüşü baş tutub. 


Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, İqtisadiyyat Nazirliyinin, Təhsil Nazirliyinin, Əqli Mülkiyyət Agentliyinin, Milli Elmlər Akademiyasının, ADA Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin, Ali Attestasiya Komissiyasının nümayəndələri və ekspertlər iştirak ediblər. 


Görüş zamanı Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol Xəritəsinin yekun versiyası və tədbirlərin icrası ilə bağlı əlaqələndirici şəxslərlə ilkin müzakirələr aparılıb. Həmçinin Yol Xəritəsində qeyd olunan hər bir tədbir üzrə işin icrasının sadələşdirilməsi məqsədilə aidiyyəti qurumlar üçün tövsiyələrin hazırlanmasına dair müvafiq təkliflər irəli sürülüb. 

İclasda iştirakçılar tərəfindən hazırlanmış təqdimatlar nümayiş olunub.


Görüşün yekununda müvafiq xarici ölkələrlə təcrübə mübadiləsinin aparılmasına, eləcə də elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol Xəritəsinin icrası zamanı hesabatlılığı təmin etmək məqsədilə mütəmadi görüşlərin keçirilməsinə dair qərar qəbul edilib.


Tarix: 10-03-2022 17:14