Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Dövlət Agentliyinin sədri Birləşmiş Ərəb Əmirliklərində səfərdədir


Azərbaycan Respublikasının nümayəndə heyəti 29-30 mart tarixində Dubay şəhərində keçirilən VIII “Dünya Hökumət Sammiti”ndə iştirak edir. Nümayəndə heyətinin tərkibinə  əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov daxildir.

“Gələcək hökumətlərin proqnozlaşdırılması” şüarı altında keçirilən sammitin işində  4000-dən çox qonaq iştirak edir.  Onların arasında dünyanın 140 ölkəsindən olan hökumət başçıları və nazirlər, görkəmli ictimai-siyasi xadimlər, alimlər və ekspertlər, həmçinin bir sıra aparıcı beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. 

Sammit çərçivəsində 4-cü sənaye inqilabı dövründə hökumətlərin yeni çağırışlara adaptasiyası, süni intellekt, data analiz ilə bağlı bir sıra təqdimat, dəyirmi masa və seminarlar keçirilir.  

Sammit çərçivəsində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Mərakeş Krallığının rəqəmsal keçid və idarəetmə islahatları üzrə naziri Ghita Mezzour ilə görüşüb. Görüş zamanı Mərakeş Krallığının müvafiq qurumu ilə 2018-ci ildə imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində  görülmüş işlər və planlaşdırılmış layihələr müzakirə olunub.

Nümayəndə heyətinin BƏƏ-yə səfəri davam edir.


Tarix: 30-03-2022 10:18