Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Dövlət Agentliyinin sədri ASAN könüllüləri ilə görüşüb


20 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ASAN könüllüləri ilə görüşüb.

ADA Universitetində baş tutan görüş  “ASAN Könüllülərinin Diskussiya Platforması” layihəsi çərçivəsində baş tutub.

Ülvi Mehdiyev Dövlət Agentliyinin 10 illik fəaliyyəti, vətəndaşlara xidmət və gənclərin  inkişafı istiqamətində gördüyü işlərdən söz açıb.

Görüş sual-cavab və müzakirələrlə davam edib.


“ASAN Könüllüləri” Təşkilatının və ADA Universitetinin birgə əməkdaşlığı ilə reallaşdırılan  “ASAN Könüllülərinin Diskussiya Platforması” layihəsinin əsas məqsədi gənclərin ictimai müzakirələrdə iştirakçılığının artırılması, rəy və təkliflərinin dinlənilməsi və onları maraqlandıran sualların cavablandırılmasıdır.

Bu çərçivədə gənclər üçün müxtəlif  mövzularda ekspertlər və dövlət rəsmiləri ilə görüşlər təşkil olunur.


Tarix: 21-04-2022 11:23