Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“ASAN xidmət”in “Sosial yönümlü texnologiyalar” müsabiqəsi üzrə yekun qiymətləndirmə keçirilib


“Teknofest - Azərbaycan" çərçivəsində ümumilikdə 8 kateqoriya üzrə müsabiqələr keçirilib.​

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Sosial yönümlü texnologiyalar” müsabiqəsinin təşkilatçısıdır.

“Sosial yönümlü texnologiyalar” müsabiqəsi fərdlərin öz sosial məsuliyyət məlumatlılığı ilə texnoloji bilik və təcrübələrini inteqrasiya edərək cəmiyyət üçün faydalı layihələri ərsəyə gətirmələrinə dəstək məqsədi daşıyır. İnsan həyatına təsir edən bütün sahələrdə innovasiya və texnoloji inkişaf ilə tətbiq olunacaq layihələrin hədəfində faydalılıq, cəmiyyətə töhfə və asanlaşdırma dayanır.

Sosial yönümlü texnologiyalar müsabiqəsi sosial innovasiya, GovTech, sağlamlıq və ilk yardım kateqoriyalarını əhatə edir.

Layihənin ilkin qiymətləndirilməsi mərhələsində ümümilikdə 111 komanda müraciət edib. Növbəti, layihə təqdimat videosu mərhələsinə 41 layihə keçib. Final mərhələyə keçmiş 20 komanda layihələrini nümayiş etdirib. Həmin komandalar arasından seçilən qaliblər 28 və 29 may 2022-ci il tarixlərində mükafatlandırılacaqlar.


Tarix: 27-05-2022 20:25