Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

7 saylı Bakı “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb


1 iyun  2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 7 saylı Bakı “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.

7 saylı Bakı “ASAN xidmət” mərkəzi Bakı şəhərində xidmətlərə artan ciddi tələbat nəzərə alınaraq inşa edilib və ərazi məhdudiyyəti olmadan vətəndaşlara xidmət göstərir.
 
Xatırladaq ki, 28 may  2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərkəzin açılışında iştirak ediblər. 
 
Hazırda 23 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 7-si paytaxt Bakıda, digər 16-sı isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir.
 
“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı ətraflı məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə və ya www.asan.gov.az saytından əldə etmək olar.


Tarix: 01-06-2022 17:28