Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Əfqanıstanın dövlət qurumlarının nümayəndələri “ASAN xidmət” mərkəzi ilə tanış olublar


27 oktyabr 2014-cü il tarixində Əfqanıstanın dövlət qurumlarının nümayəndələri 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin binası və fəaliyyəti ilə tanış olublar.

Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verib. Bildirilib ki, Azərbaycan ixtirası və brendi olan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır.

“ASAN xidmət” mərkəzini dövlət xidmətlərinin həyata keçirilməsində innovativ və mütərəqqi təcrübə hesab edən qonaqlar müvafiq sahənin təkmilləşdirilməsi  üçün bu yanaşmanın nümunəvi model olduğunu qeyd ediblər.

Mərkəzdə tətbiq olunan innovativ avadanlıqlar - “Müraciət köşkü”, “Elektron ərizə” avadanlığı-İnnovasiyalar mərkəzi qonaqlara nümayiş etdirilib.

Qonaqların diqqətinə çatdırılıb ki, “ASAN xidmət” mərkəzlərində bugünədək 3 000 000-dan çox vətəndaşa xidmət göstərilib.

 “ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar buradakı əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirib, mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıblar.


Tarix: 27-10-2014 14:07