İtaliya Respublikasının ölkəmizdəki səfiri Ciampaolo Kutillo Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub
11 noyabr 2014-cü il tarixində İtaliya Respublikasının ölkəmizdəki səfiri Ciampaolo Kutillo Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub.
Qonağı salamlayan Dövlət Agentliyinin sədri İnam Kərimov “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan ixtirası və brendi olan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır.
Qonağın diqqətinə çatdırılıb ki, “ASAN xidmət” mərkəzlərində indiyədək 3 000 000-dan çox vətəndaşa xidmət göstərilib.
“ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıb