Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

"ASAN xidmət" əməkdaşları üçün təlim proqramı keçirilib


15-16 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və tabeliyində fəaliyyət göstərən qurumların rəhbər vəzifəli şəxsləri üçün təlim proqramı keçirilib.

Proqram psixoterapiya, kouçinq, neyroliderlik sertifikat proqramı və psixodrama qrup koçluğu təlimi üzrə mütəxəssis Çağlayan Aktaşın təqdimatında baş tutub.

İştirakçıların şəxsi inkişafı və biliklərinin artırılmasını hədəfləyən təlim "Yüksək performanslı komandaqurma", "Situasiya rəhbərliyi", "Koçluq", "Mentorluk", "VUCA dünyasında liderlik" mövzularını əhatə edib.

Həmçinin proqram çərçivəsində "ASAN menecerləri arasında I Beyin fırtınası" təşkil edilib.


Tarix: 17-10-2022 10:00