Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupun 3-cü rüb üzrə hesabat iclası keçirilib


Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası, “Texnologiya və innovasiyalar” İşçi qrupunun tərkibində fəaliyyət göstərən “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun 3-cü rüb üzrə hesabat xarakterli iclası keçirilib. İclasda altqrupa üzv dövlət qurumlarının nümayəndələri, gənc alimlər, ali təhsil müəssisələrindən olan akademik heyət, şirkət və media nümayəndələri iştirak ediblər.

İclas zamanı altqrupun rəhbəri Fariz Cəfərov çıxış edərək “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol Xəritəsi”nin icrası istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verib.

Görüş zamanı, Azərbaycan Dövlət İqtisad Universitetinin rektorunun müşaviri Elşən Bağırzadə tərəfindən elm və ali təhsil müəssisələrində differensial əmək haqqı sistemi, elmi nəşrlərin stimullaşdırılması məqsədilə Türkiyə təcrübəsi ilə bağlı hesabat təqdim edilib.

İqtisadiyyat Nazirliyinin tabeliyində "İqtisadi Elmi Tədqiqat İnstitutu" publik hüquqi şəxsin İdarə Heyəti sədrinin birinci müavini Arzu Hüseynova isə “Elm və təhsil müəssisələrində tələbələrin tədqiqat yönümlü bacarıqlarının və metodoloji səriştələrinin artırılması üçün tədbirlər planının hazırlanıb həyata keçirilməsi”, “Elm və ali təhsil müəssisələrində tədqiqat səriştələrinin təkmilləşdirilməsi və tədqiqat mədəniyyətinin formalaşdırılması üçün pilot proqramların hazırlanaraq tətbiqinin təmin olunması”, “Dissertasiya və elmi işlərin yazılması zamanı beynəlxalq səviyyədə qəbul olunan istinad sistemlərində istifadəni məcburi edən qaydaların hazırlanıb aidiyyəti üzrə təqdim olunması” mövzularında hesabat təqdimatlarını iclas iştirakçılarının diqqətinə çatdırıb.

Görüş də eləcə də, Azərbaycan Milli Elmlər Akademiyasının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Esmira Əlirzayeva tərəfindən tədqiqatçıların xarici dil bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı “Virtual English Language Educator” proqramı təqdim edilib və yeni proqram haqqında ətraflı məlumat verilib. Ekvita şirkəti də Yol xəritəsi üzrə görülən işlər barədə auditoriyanı məlumatlandırıb.

Tədbir sonunda suallar verilib, edilən təqdimatlar istiqamətində müzakirələr aparılıb.

Müzakirələrin nəticəsi olaraq, ali təhsil müəssisələri arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulması istiqamətində təkliflər səsləndirildi və ilkin razılıq əldə olundu. Bundan əlavə, ölkə daxilində təhsil müəssisələrinin və alimlərin reytinq platformasının hazırlanması, qiymətləndirmə indikatorlarının formalaşdırılması ilə bağlı təkliflər verildi. Eyni zamanda elm və ali təhsil müəssisələrində differensial əmək haqqı sisteminə keçidlə bağlı işlərə başlanmasının zəruri olduğu vurğulandı.

2023-cü il üzrə elmi nəşrlərlə bağlı altqrupun prioritet istiqamətlərinin müəyyənləşdirilməsi və növbəti ilin Yol Xəritəsinin hazırlanması ilə bağlı ən qısa zamanda təkliflərin təqdim olunmasına dair Qərar qəbul olundu.

Qeyd edək ki, “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupu 30 dekabr tarixində yaranıb. Altqrupda 14 qurum təmsil olunur.


Tarix: 28-10-2022 17:47