Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

"ASAN xidmət"in nümayəndə heyəti Esvatini Krallığına səfər edib


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Esvatini Krallığının informasiya, kommunikasiyalar və texnologiyalar nazirinin dəvəti əsasında Esvatiniyə səfər edib.


Səfərin məqsədi Esvatinidə dövlət xidmətlərinin göstərilməsi və elektron hökumət sahəsində cari vəziyyətin ilkin qiymətləndirməsi olub.


Nümayəndə heyəti Esvatini Krallığının Nazirlər Kabinetinin toplantısında iştirak edib. Toplantı zamanı “ASAN xidmət” və Dövlət Agentliyinin digər fəliyyət istiamətləri üzrə geniş təqdimat edilib və Krallığın müxtəlif nazirlərinin sualları cavablandırılıb.

Eyni zamanda  Esvatini Krallığının Baş naziri Dövlət Agentliyinin nümayəndə heyətini qəbul edib və gələcək əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılıb.

Bundan əlavə səfər proqramı ərzində Dövlət Agentliyi nümayəndə heyəti Krallığın İnformasiya, Kommunikasiyalar və Texnologiyalar Nazirliyi, Tinkundla Nazirliyi (vahid məkandan dövlət xidmətlərin həyata keçirilməsinə nəzarət edən Nazirlik), Elm və Texnologiyalar Parkı və digər müvafiq qurumların nümayəndələri ilə görüşlər keçirib. Dövlət xidmətlərinin göstərilməsi, elektron hökumət və sosial innovasiyalar sahəsində Dövlət Agentliyi tərəfindən həyata keçirilən ən son layihələr barədə təqdimatlar edilib, həmçinin müvafiq tərəflərin fəaliyyəti barədə təqdimatlar dinlənilib.


Səfərin yekunu olaraq Esvatini Krallığının informasiya, kommunikasiyalar və texnologiyalar naziri ilə görüş keçirilib. Görüş zamanı aparılan müzakirələrin nəticəsi olaraq “ASAN xidmət” modelinin, eləcə də Dövlət Agentliyinin elektron hökumət təcrübəsinin Esvatini Krallığında tətbiqi və bu istiqamətdə Anlaşma Memorandumunun imzalanması ilə əlaqədar ilkin razılığa gəlinib.


Dövlət Agentliyinin nümayəndə heyətinin səfəri  Esvatini mətbuatında geniş  işıqlandırılıb.


Tarix: 10-11-2022 17:28