Gəncə “ASAN xidmət” mərkəzinin əhatə dairəsi genişləndi
1 dekabr 2014-cü il tarixindən etibarən Azərbaycan Respublikasınının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Gəncə “ASAN xidmət” mərkəzi Tovuz, Qazax və Ağstafa rayonlarının ümumi sayı 330 000 çox sakininə də xidmət göstərəcək.
Tovuz, Qazax və Ağstafa rayonlarının sakinləri Gəncə “ASAN xidmət” mərkəzinə müraciət etməklə aşağıdakı xidmətlərdən yararlana biləcəklər:
- doğumun qeydə alınması;
- ölümün qeydə alınması;
- nikahın qeydə alınması;
- nikahın pozulmasının qeydə alınması;
- övladlığa götürmənin qeydə alınması;
- atalığın müəyyən edilməsinin qeydə alınması;
- adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması;
- vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin (təkrar şəhadətnamələrin) verilməsi;
- notariat fəaliyyəti;
- xaricdə istifadə üçün nəzərdə tutulan sənədlərə dair apostil verilməsi üçün sənədlərin qəbulu;
- ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
- sürücülük vəsiqələrinin dəyişdirilməsi;
- məhkumluq barədə arayışların verilməsi;
- hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi;
- gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu;
- əcnəbilərə və vətəndaşlığı olmayan şəxlərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin, habelə haqqı ödənilən əmək fəliyyətini həyata keçirmələri üçün fərdi icazələrin verilməsi;
- torpaq kadastrı məlumatları barədə arayışların verilməsi;
- yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qediyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması;
- funksional yardımçı xidmətlər;
- dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin həyata keçirilməsi.
2013-cü ilin dekabr ayından fəaliyyətə başlayan və 450.000 çox müraciəti qəbul edən Gəncə “ASAN xidmət” mərkəzi Gəncə şəhəri ilə yanaşı Şəmkir, Goranboy, Göygöl, Gədəbəy, Kəlbəcər, Xocalı, Samux, Daşkəsən rayonlarının və Naftalan şəhərinin sakinləri olan vətəndaşlara da xidmət göstərir.
“ASAN xidmət” mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək fasiləsiz fəaliyyət göstərir.
“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti haqqında ətraflı məlumatı 108 Çağrı mərkəzinə zəng etməklə və ya www.asan.gov.az internet səhifəsindən əldə etmək olar.
Respublikanın istənilən regionundan stasionar telefonlardan «108» nömrəsini ödənişsiz, mobil operatorlardan isə ödənişli olaraq «Azercell» və "Nar" nömrələrindən «108», «Bakcell» nömrələrindən isə «012 108» yığmaqla “Çağrı” mərkəzinin xidmətlərindən yararlanmaq mümkündür.