Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Dünya Biznes Mələkləri İnvestisiya Forumunun sədri “ASAN xidmət”də


2 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə Dünya Biznes Mələkləri İnvestisiya Forumunun sədri Baybars Altuntaş arasında görüş keçirilib.

Qonağı salamlayan Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət”in yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Müvafiq sahələr üzrə Dünya Biznes Mələkləri İnvestisiya Forumu ilə Dövlət Agentliyi arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib. Dövlət xidmətlərində sosial innovasiyaların tətbiqi və innovasiya ekosisteminə dəstək sahəsində Dövlət Agentliyi tərəfindən görülən işləri yüksək qiymətləndirən Baybars Altuntaş Forumun ölkəmizdə regional ofisinin açılması təklifi ilə çıxış edib.

Sonra qonaq "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, “Bilim Bakı” mərkəzi və “ABAD”ın fəaliyyəti ilə yerində tanış olub.


Tarix: 05-12-2022 11:22