Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının məlumatı


 “Texnologiya və innovasiya” üzrə işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun üzvlərinin iştirakı ilə “Tədqiqatçıların rəqəmsal səriştələrinin artırılması” məqsədilə təşkil olunan təlim başa çatıb.

Görüşdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “Ekvita” şirkətinin, eyni zamanda elm və təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. 

Təlimdə “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə bağlı 2022-ci il üzrə Yol Xəritəsi”nin icrası məqsədilə müxtəlif elm və təhsil müəssisələrinin gənc tədqiqatçıları iştirak ediblər. Təlimi uğurla başa vuran gənc tədqiqatçılara sertifikatlar təqdim olunub.

Sonda gənc tədqiqatçıların maarifləndirilməsi istiqamətində görülən silsilə işlərin 2023-cü ildə də davam etdirilməsi imkanlarına dair müzakirələr aparılıb.


Tarix: 08-12-2022 08:13