Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

ASAN könüllülərinin ekoloji hakatonunun qalibləri bəlli oldu


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “ASAN Könüllüləri” Təşkilatının və “Coca-Cola” Fondunun əməkdaşlığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə “Tullantısız Dünya” proqramı çərçivəsində Azərbaycanda ilk dəfə tullantıların azaldılması üzrə “Recyclaton” hakatonu keçirilib. 776 nəfərin müraciət etdiyi hakatonda 60 komanda öz ideyaları ilə çıxış edib. 15 komanda rəqəmsal məhsullarının prototiplərini hazırlayaraq təqdim edib.

Hakatonda I yeri Bakı Ali Neft Məktəbinin “Replay” komandası, II yeri Naxçıvan Dövlət Universitetinin (NDU) “Ecotech” komandası, III yeri isə Bakı Dövlət Universitetinin “Kript10” komandası tutub. Qaliblər uyğun olaraq 6000 AZN, 4000 AZN və 3000 AZN dəyərində pul mükafatı qazanıblar. Bundan əlavə Bakı Ali Neft Məktəbini təmsil edən daha 3 komanda - “Wasted team”, “Lucky recycling” və “Çinar” komandaları 1000 AZN dəyərində həvəsləndirici mükafatın sahibi olub.

Tədbirdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev və "Coca-Cola" şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya direktoru Elşad Fərzəliyev iştirak ediblər.


Tarix: 13-12-2022 10:11