2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb
21 iyul 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.
İyulun 20-də 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərkəzin açılışında iştirak edib.
Hazırda 24 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 7-i paytaxt Bakıda, digər 17-i isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir.
“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı ətraflı məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə və ya www.asan.gov.az saytından əldə etmək olar.