Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Dövlət Agentliyinin sədri “Yüksəliş”in qalibləri ilə görüşüb


Azərbaycan Resspublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri Fərrux Məhərrəmli və Nərgiz İsmayılova ilə görüşüb. Görüş müsabiqənin Mentorluq proqramı çərçivəsində baş tutub.

Ülvi Mehdiyev müsabiqə qaliblərini təbrik edərək, proqram çərçivəsində onlara təcrübə imkanlarının arıtılması istiqamətində dəstəyini qeyd edib. Dövlət Agentliyinin sədri diqqətə çatdırıb ki, birillik fərdi inkişaf planı əsasında Dövlət Agentliyi tərəfindən zəruri şərait yaradılacaq, şəxsi təcrübələr bölüşüləcək və qaliblərin potensiallarını üzə çıxarmaları üçün köməklik göstəriləcək.

Müsabiqə qalibləri Dövlət Agentliyinin sədrinə yaradılan imkana görə təşəkkürlərini, həmçinin şəxsi təcrübəsindən faydalanmaq istəklərini bildiriblər.

 “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.


Tarix: 10-02-2023 09:36