Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

ASAN Könüllülərinin I Ümumrespublika Forumu


16 dekabr 2014-cü il tarixində Sabirabad şəhərinin Heydər Əliyev mərkəzində ASAN Könüllülərinin I Ümumrespublika Forumu başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.

Dövlət başçısı mərasimdə nitq söyləyib.

Sonra “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin sədri Fərid Sadıxlı və Sabirabad “ASAN xidmət” mərkəzinin könüllüsü Rəvanə Davudova çıxış ediblər.

Forumda daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov unikal konsepsiya olan “ASAN xidmət”-in dünyanın bir çox ölkələrdə xüsusi rəğbətlə qarşılandığını bildirib. Fuad Ələsgərov Azərbaycan brendi olan “ASAN xidmət” mərkəzlərində 3 500 000-dan çox müraciətin daxil olduğunu  və bu  müraciətlərin təmin olunmasında könüllülərin xüsusi rolunu qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “ASAN xidmət” mərkəzlərinin fəaliyyət fəlsəfəsinin əsas qayəsinin vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu bildirib. İnam Kərimov bu məqsədə nail olunmasında könüllülərin fəaliyyətinin əvəzsiz olduğunu, onların mərkəzlərdə fəaliyyəti zamanı dövlət qulluğu, komanda ilə iş və s. sahələrdə müsbət təcrübə əldə etdiklərini qeyd edib.

Forumda çıxış edən Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Sabirabad “ASAN xidmət” mərkəzinin fəaliyyətində məhz bu regiondan olan könüllülərin yüksək fəallıqla çalışacaqlarına əmin olduğunu qeyd edib.

Çıxışlardan sonra forum panel müzakirələr üzrə davam etdirilib. Panel müzakirələrin sonunda Forumun qətnamələri qəbul edilərək  “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin gələcək strategiyaları müəyyən edilib.


Tarix: 15-12-2014 13:52