Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“ASAN xidmət” İnsan Resursları və İdarəetmə Forumu təşkil edib


3 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin (AİİM) təşkilatçılığı ilə İnsan Resursları və İdarəetmə Forumu keçirilib. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və peşəkar idarəçilik yoluna həsr olunmuş tədbir Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş sponsorluğu ilə reallaşdırılıb.
 
Forumun əsas məqsədi ən son inkişaf və yeniliklərə diqqət yetirmək, innovativ, işgüzar və səmərəli təcrübələri paylaşmaq, eləcə də peşəkar mühitdə ümumi mövzuları müzakirə etməkdir.
 
 
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və videoçarx nümayiş etdirilib. ASAN İnnovativ İnkişaf Mərkəzinin təqdimatından sonra tədbirin açılış sessiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev çıxış ediblər.
 
ASAN İnnovativ İnkişaf Mərkəzi ilə “Pozitum Konsultasiya, Təlim və Kouçinq Mərkəzi” arasında birgə təlimlərin keçirilməsinə dair əməkdaşlıq Memorandumu imzalanıb.
 
​Forumda 10 xarici, 6 yerli idarəçi ekspertin iştirakı ilə  “Liderlik vizyonu, innovativ inkişaf və strategiyanın icra edilməsi”, “Kouçvari yeni nəsil idarəetmə, loyallıq və motivasiya” və “DATA mərkəzli rəqəmsal İR idarəetməsi, OKR” mövzularında panel müzakirələr təşkil olunub. Müzakirələrdə idarəetmənin ən son trendlərindən, müasir dövrün tələblərindən və inkişaf yönümlərindən danışılıb, innovativ yanaşmalara və qlobal səriştələrə çağırışlar edilib.
​Bütün iştirakçılara AİİM-in və  Boğaziçi Universitetinin İnnovasiyalar Mərkəzinin birgə sertifikatı verilib.
 
​Ümumilikdə Forumda 300-dən çox müxtəlif dövlət və özəl müəssisəsində çalışan işgüzar şəxslər, insan resursları üzrə peşəkarlar, mütəxəssislər və idarəçilərdən ibarət 500-ə yaxın şəxs iştirak edib.
 
​Strateji partnyor: “Azərbaycan Hava Yolları” QSC
 
​Sponsorlar: “Nurus”, “Hanspaces”, “Insight House” MMC, “Özsüt” restoranlar şəbəkəsi, “Baker Tilly”, “Evrika liseyi”, “OBA” marketlər şəbəkəsi, “Başkənt” restoran və şirniyyat evi
 
​Tərəfdaşlar: “ASAN Könüllüləri” Təşkilatı, “Admedia” reklam agentliyi, “Absheron Hotel Group”, “CreaTime”, “Arter”
 
​Netvörkinq tərəfdaşı:  “Caspian Energy Club”
 
​Dəstəkçi: Sirab
 
​Media tərəfdaşı: ASAN radio, Bəyli Media


Tarix: 03-06-2023 16:35