Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Dövlət Agentliyi sədrinin müavini İnsan Resursları Zirvəsində çıxış edib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə keçirilən İnsan Resursları Zirvəsində növbəti panel müzakirə təşkil olunub.

“Yeni səhifəyə keç” (Rəqəmsal Transformasiya və İnsan Resursları) panelində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov çıxış edib.

Ceyhun Salmanov müasir dövrdə insan kapitalının və bacarıqlarının rəqəmsal iqtisadiyyatda rolu, texnologiyaların inkişafına təsiri, həmçinin sənaye inqilablarının davranışların formalaşdırılmasına yaratdığı tələblərdən söz açıb. Bununla yanaşı ASAN tipli modellərin rəqəmsallaşmanın sürətlənməsinə töhfəsindən və rəqəmsal transformasiya zamanı ortaya çıxan bəzi neqativ halların qarşısının alınmasındakı rolundan bəhs edib.


Tarix: 22-06-2023 16:15