Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

"ASAN xidmət" əməkdaşlarının andiçmə mərasimi keçirilib


23 iyun hər il ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunur.

Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində dövlət qulluqçularının andiçmə mərasimi baş tutub.

Tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və digər qonaqlar iştirak ediblər.

Rəsmilər əlamətdar hadisələr münasibətilə əməkdaşlara təbriklərini çatdırıb, onlara bu məsuliyyətli və qürurlu yolda uğurlar arzulayıblar.

Tədbir çərçivəsində DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadəyə  “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalı  təqdim olunub.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və tabeliyində olan "ASAN xidmət" mərkəzlərində inzibati vəzifələr üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilən  44 dövlət qulluqçusu and içib.


Tarix: 23-06-2023 16:23