Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktorun müavini "ASAN xidmət"də
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktorun müavini Hasan Kleyb ilə görüşüb.
Ülvi Mehdiyev bir neçə gün öncə Cenevrəyə səfəri çərçivəsində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) Baş Direktoru Daren Tanq ilə görüşünü məmnuniyyətlə xatırladıb.
Görüş çərçivəsində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə "ABAD" publik hüquqi şəxs arasında birgə layihələrin həyata keçirilməsinə dair ilkin razılıq əldə olunub.
Qonaq “ASAN xidmət” mərkəzinin, “Bilim Bakı” mərkəzinin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin və “ABAD”ın fəaliyyəti ilə yaxından tanış olub.