Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“ASAN xidmət”in “YAŞAT” Fondundan “Hər fidan bir xatirə” sosial təşəbbüsü!


4 noyabr 2023-cü il tarixində “ASAN xidmət”in “YAŞAT” Fondunun  Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində ağacəkmə aksiyası reallaşdırılıb.

8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir “Hər fidan bir xatirə” devizi altında baş tutub.

Aksiyaya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, “ASAN xidmət”in şəhid ailə üzvləri və müharibə iştirakçıları olan əməkdaşları, eyni zamanda ASAN könüllüləri qoşulublar. 

Sosial təşəbbüs çərçivəsində Müşfiqabad qəsəbəsində 1000 ədəd şam və zeytun ağacı əkilib.

Məqsəd şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi və ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etməkdir.

Tərəfdaşlar: “İnnovasiyalar Mərkəzi”, “Bilim Bakı” mərkəzi, “ASAN Könüllüləri” Təşkilatı

Media dəstəyi: ASAN Radio


Tarix: 04-11-2023 14:38