“ASAN xidmət” növbəti beynəlxalq mükafata layiq görülüb
Bakıda II Beynəlxalq İnnovasiya Menecmenti və TRİZ konfransı keçirilib.
Milli Aviasiya Akademiyasının, TRİZ İnstitutunun və Türkiyənin Qazi Universitetinin birgə təşəbbüsü ilə reallaşdırılan tədbir Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə, eyni zamanda 20-ci əsrin ən önəmli nəzəriyyələrindən biri olan və Bakıda yaradılmış TRİZ (ixtiraçılıq məsələlərin həlli) nəzəriyyəsinə həsr edilib.
Konfrans çərçivəsində “ASAN xidmət” ixtiraçılıq məsələlərinin həlli nəzəriyyəsinin banisi, görkəmli ixtiraçı-mühəndis Genrix Altşullerin adını daşıyan medal və mükafat ilə təltif olunub. Mükafat quruma beynəlxalq innovativ ictimai idarəçilik sahəsində əldə olunan uğurlara görə verilib.