Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

1 saylı Gəncə “ASAN xidmət“ - 10 il


21 dekabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Gəncə regional “ASAN xidmət“  mərkəzinin açılışı baş tutub.  21 yanvar 2014-cü il tarixində Prezident İlham Əliyev mərkəzinin fəaliyyəti ilə tanış olub.

Mərkəz müvafiq xidmətlər üzrə qeydiyyat məhdudiyyəti olmadan vətəndaşlara xidmət göstərir.

10 illik fəaliyyəti dövründə mərkəzə ümumilikdə 5,300,000-dən çox vətəndaş müraciəti daxil olub. Eyni zamanda Səyyar  ASAN xidmət avtobusu vasitəsilə 287000 -dən çox vətəndaş müraciəti qəbul olunub. 

Gündəlik orta müraciət sayı 2000-ə yaxındır. 

1 saylı Gəncə regional “ASAN xidmət“  mərkəzində 3000 nəfər könüllü fəaliyyət göstərib. Bu dövr ərzində könüllülərin iştirakı ilə müxtəlif sosial layihələr, tamaşalar, idman yarışları intellektual oyunlar, xeyriyyə aksiyaları, tarix və mədəniyyət abidələrinə ekskursiyalar təşkil olunub. 

Xatırladaq ki, 2022-ci ilin 30 yanvar tarixində Gəncədə növbəti – 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin açılışı gerçəkləşib. Prezident İlham Əliyev açılışda iştirak edib.


Tarix: 21-12-2023 17:05