Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“Peşəkar 100 il” idarəçilik marafonu başa çatıb


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Peşəkar 100 il” idarəçilik  marafonu başa çatıb.

2 ay boyunca davam edən marafon çərçivəsində ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən 100 nəfərdən artıq işgüzar şəxsə ödənişsiz şəkildə idarəçilik təlimləri və ustad dərsləri keçirilib.

Məqsəd bütün sahələrdən olan gənc sahibkarlar və menecerləri Ulu öndərin zəngin idarəçilik təcrübəsinin çevik, strateji və innovativ tərəfləri barədə məlumatlandırmaq, onun uzaqgörən siyasətinin ən mühüm komponentlərindən biri olan Azərbaycanın yüksək idarəetmə qabiliyyətinə malik güclü kadr potensialının formalaşmasına dəstək olmaqdır. 

Marafonun açılış tədbiri Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun, Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynlinin,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın və Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü Həsən Həsənovun iştirakı ilə baş tutub.

ASAN İnnovativ İnkişaf Mərkəzi  "İnnovasiyalar Mərkəzi"nin təşkilatçılığı ilə yaradılıb. Mərkəzin əsas məqsədi qabaqcıl ASAN təcrübəsini, eyni zamanda innovativ və yeni təlim metodlarını tətbiq etməklə ölkəmizdə gənclərin işsizlik problemlərinin həllinə, yüksək ixtisaslı kadrların hazırlanmasına, həmçinin müxtəlif özəl və dövlət orqanlarında kadrların peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə müsbət töhfələr verməkdir.


Tarix: 23-02-2024 10:10