Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Dövlət Agentliyinin sədri vətəndaşları qəbul edib


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində qəbul Qaydalarına uyğun olaraq vətəndaşların növbəti qəbulu keçirilib.

Qəbul Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev tərəfindən həyata keçirilib.

Dövlət Agentliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Müraciətlər aidiyyəti şöbələrin icraatına göndərilib.


Tarix: 28-02-2024 17:23