Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“ASAN xidmət” əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları “Koreya təcrübəsi: Universitetlər Dinamik Startap Ekosistemlərinin təminatçısı rolunda” adlı beynəlxalq tədbirdə iştirak ediblər. Səfər Dövlət Agentliyinin və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində  baş tutub. 


 Universitetlərin professorları iştirakçıları innovasiya və startap ekosistemlərinin inkişafı üzrə təcrübələr barədə məlumatlandırıblar.

 Eyni zamanda startapların inkişafı, dəstək proqramları və layihələr barədə təqdimatlar baş tutub.

Tədbir çərçivəsində dövlət qurumlarından və universitetlərdən olan nümayəndələr  təcrübələrini bölüşüblər və  əməkdaşlıq imkanları müzakirə edilib.


Tarix: 05-03-2024 17:41