Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”də


Ölkəmizdə rəsmi səfərdə olan Qırğız Respublikasının rəqəmsal inkişaf naziri Nuriya Kutnayeva “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. 

Eyni zamanda bu səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası istiqamətində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüş zamanı Qırğız Respublikası ilə “ASAN xidmət” təcrübəsinin paylaşılmasına dair qərar qəbul edilib.

Qonaq "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, “ABAD” və “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə tanış olub.


Tarix: 26-04-2024 13:56