Niderland Krallığının Miqrasiya və Naturalizasiya Xidmətinin əməkdaşları “ASAN xidmət” mərkəzi ilə tanış olublar
5 fevral 2015-ci il tarixində Niderland Krallığının Miqrasiya və Naturalizasiya Xidmətinin İctimaiyyətlə əlaqələr departamentinin əməkdaşları Yudit Koeleviy və Viktor Koedam 4 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olublar.
Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, dövlət xidmətlərinin göstərilməsi üzrə Azərbaycan modeli olan “ASAN xidmət”-in yaradılması ilə səmərəli dövlət idarəçiliyində şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından ciddi irəliləyişlərə nail olunub.
Qonaqlar “ASAN xidmət” konsepsiyasının örnək model olduğunu və bu təcrübənin digər ölkələrdə tətbiqinin əhəmiyyətini vurğulayıblar.
“ASAN xidmət” mərkəzlərinin vətəndaşların yüksək etimadını qazandığı və 4 000 000-a yaxın müraciətin qəbul olunduğu qonaqların diqqətinə çatdırılıb.
“ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olan qonaqlar mərkəzə və əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.