Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Rusiya Federasiyasının Federal Vergilər Xidmətinin rəhbərinin müavini “ASAN xidmət” mərkəzi ilə tanış olub


10 fevral  2015-ci il tarixində Rusiya Federasiyasının Federal Vergilər Xidmətinin rəhbərinin müavini Natalia Zavilova 3 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub.

“ASAN xidmət”-in yaradılması və fəaliyyət məqsədləri barədə məlumatlandırılan qonağa bu konsepsiyanın  dövlət xidmətlərinin göstərilməsi üzrə Azərbaycan modeli olduğu bildirilib. Qeyd olunub ki,  şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”-in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi naliyyətlər əldə olunub.

“ASAN xidmət” təcrübəsinin dövlət xidmətlərinin həyata keçirilməsində örnək fəaliyyət platforması olduğunu bildirən qonaq bu təcrübənin digər ölkələrdə də tətbiqinin müstəsna əhəmiyyətini vurğulayıb.

Mərkəzlərdə vətəndaş məmnunluğunun əldə edilməsi istiqamətində arzuolunan nəticələrin əldə edildiyi və 4 000 000-a yaxın müraciətin daxil olduğu qonağın diqqətinə çatdırılıb.

 “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olan Natalia Zavilova qonaqpərvərliyə görə öz minnətdarlığımı bildirib, mərkəzə və əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


Tarix: 09-02-2015 15:58