Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

"ASAN xidmət"in qadın əməkdaşları arasında voleybol turniri təşkil olunub


"ASAN xidmət"in qadın əməkdaşları arasında voleybol turniri təşkil olunub.

22 iyun 2024-cü il tarixində final mərhələsi keçirilən turnir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə gerçəkləşib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Bəhruz Quliyev və digər qonaqlar iştirak ediblər.

Turnirdə 1-ci yeri 1 saylı Gəncə "ASAN xidmət"in, 2-ci yeri "İnnovasiyalar Mərkəzi"nin, 3-cü yeri isə 3 saylı Bakı "ASAN xidmət"in komandası tutub.


Tarix: 24-06-2024 14:27