Oksford Universitetinin tələbələri “ASAN xidmət”də təcrübə proqramı keçəcəklər
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət”də təcrübə keçən Birləşmiş Krallığın Oksford Universitetinin tələbələri ilə görüşüb.
Tələbələr ölkəmizdə olmaqdan məmnunluqlarını ifadə edərək yaradılmış şəraitə görə Dövlət Agentliyinin sədrinə təşəkkürlərini bildiriblər.
Tələbələr dövlət xidmətləri və dövlət idarəetməsi sahəsində “ASAN xidmət” təcrübəsini öyrənərək elmi işlərini yazacaqlar.
Təcrübəçilər 6 həftə müddətində “ASAN xidmət”də və Dövlət Agentliyinin müxtəlif şöbələrində təcrübə keçəcəklər.