Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

BMT baş katibinin elçisi "ASAN xidmət" mərkəzi ilə tanış olub


20 fevral  2015-ci il tarixində BMT baş katibinin humanitar məsələlər üzrə elçisi Abdullah Əl-Mətuqun rəhbərlik etdiyi nümayəndə heyəti 3 saylı Bakı "ASAN xidmət" mərkəzi ilə tanış olub.

Dövlət  Agentliyinin sədri İnam Kərimov qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Dövlət xidmətlərinin göstərilməsi üzrə Azərbaycan modeli olan “ASAN xidmət”-in yaradılması ilə səmərəli dövlət idarəçiliyində ciddi irəliləyişlərə nail olunduğu qonaqların diqqətinə çatdırılıb.

Azərbaycanın  əldə etdiyi nailiyyətlərin təqdirəlayiq olduğunu bildirən qonaqlar mərkəzlərdə gənc əməkdaşların fəaliyyəti əsasında innovativ üsullardan istifadəni yüksək qiymətləndiriblər.

 “ASAN xidmət” mərkəzlərinin vətəndaşların yüksək etimadını qazandığı və 4.000.000 müraciətin qəbul olunduğu qonaqların diqqətinə çatdırılıb.

"ASAN xidmət" konsepsiyasının örnək model olduğunu və digər ölkələrdə tətbiqinin müstəsna əhəmiyyətini vurğulayan qonaqlar mərkəzə və əməkdaşlara uğurlar arzulayıblar.

 


Tarix: 16-02-2015 15:09