Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“ASAN xidmət” əməkdaşları şəhidlərimizi anırlar


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, tabeliyində olan qurumlarda və "ASAN xidmət" mərkəzlərində 27 Sentyabr - Anım Günü ilə bağlı tədbirlər təşkil olunub.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və əməkdaşlar tərəfindən Bakıda inşası davam etdirilən Zəfər parkında şəhidlərimizin əziz xatirəsi yad edilib. 

Eyni zamanda ASAN könüllüləri tərəfindən regionlarda yerləşən Şəhidlər xiyabanlarına ziyarətlər, şəhid ailə üzvləri və qazilər ilə görüşlər, film nümayişləri həyata keçirilib.

Tədbirlərdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən qazanılan parlaq qələbədən söz açılıb. Həmçinin ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının, şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim yad edildiyi vurğulanıb.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər ilin 27 sentyabrı Anım Günü kimi qeyd olunur.


Tarix: 27-09-2024 17:08