Səfir “ASAN xidmət” mərkəzi ilə tanış olub
24 fevral 2015-ci il tarixində Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Paskeviç 3 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub.
“ASAN xidmət”-in yaradılması və fəaliyyət məqsədləri barədə məlumatlandırılan qonağa bu konsepsiyanın dövlət xidmətlərinin göstərilməsi üzrə Azərbaycan modeli olduğu bildirilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”-in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi naliyyətlər əldə olunub.
“ASAN xidmət” təcrübəsinin dövlət xidmətlərinin həyata keçirilməsində örnək fəaliyyət platforması olduğunu bildirən qonaq bu təcrübənin digər ölkələrdə də tətbiqinin müstəsna əhəmiyyətini vurğulayıb.
Mərkəzlərdə vətəndaş məmnunluğunun əldə edilməsi istiqamətində arzuolunan nəticələrin əldə edildiyi və 4 000 000 müraciətin daxil olduğu qonağın diqqətinə çatdırılıb.
“ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olan Nikolay Paskeviç qonaqpərvərliyə görə öz minnətdarlığımı bildirib, mərkəzə və əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.