Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

BMT rəsmisi “ASAN xidmət”də


Birləşmiş Millətlər Təşkilatının Cənub-Cənub Əməkdaşlığı Ofisinin direktoru Dima Əl-Xatib  "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış  “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Dima Əl-Xatib  “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini vətəndaşların dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsi istiqamətində  təqdirəlayiq olduğunu deyib. Həmçinin sözügedən təcrübənin, burada tətbiq olunan innovativ yeniliklərin öyrənilməsində və müvafiq sahələr üzrə əməkdaşlıq perspektivlərinin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. 

Görüş çərçivəsində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də yaxından tanışlıq olub.

Qonaq Bakıda keçirilən “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası - COP29-da iştirak məqsədilə ölkəmizdə səfərdədir.


Tarix: 15-11-2024 14:36