Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

ASAN könüllüləri “Bilik Karvanı” layihəsini reallaşdırırlar


​“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı çərçivəsində “Bilik Karvanı” layihəsinə start verilib.
 
​Bilik Gününə həsr olunan sosial təşəbbüs həssas qrupdan olan uşaqlara sevinc bəxş etmək, yeni tədris ilinə onları daha da həvəsləndirmək məqsədilə gerçəkləşir.
 
​Layihənin açılış mərasimində 1, 2 və 3 saylı Uşaq evi sosial xidmət müəssisələrindən 6-14 yaş kateqoriyasındakı 100 uşağa hədiyyələr təqdim olunub.
 
​Həmçinin iştirakçılar üçün “SİMART” Sağlam İnkişaf Platforması tərəfindən film saatı, “Start IT” şirkəti tərəfindən M-bot futbol, “Bilim Bakı” mərkəzi tərəfindən təbiət mövzusunda laboratoriya və müxtəlif ustad dərsləri təşkil olunub.
 
​ “Bilik Karvanı” layihəsi boyunca Azərbaycanın bir çox bölgəsində 600-dən çox uşağa məktəb çantası, ləvazimətları, kitablar və digər hədiyyələr təqdim olunacaq.
 
Xatırladaq ki, “ASAN Məktub” sosial proqramı çərçivəsində indiyədək 10000-dən çox uşağın arzusu reallaşdırılıb. 
 
Sponsorlar: “Azərikard” MMC, “Qala Sığorta” ASC;
 
Dəstəkçilər: Bakı Konqres Mərkəzi, “İnnovasiyalar Mərkəzi”, “SİMART” Sağlam İnkişaf Platforması, “Start IT”, “Bilim Bakı” mərkəzi
 
Media tərəfdaş: ASAN TV və ASAN Radio


Tarix: 05-09-2024 12:00