Azərbaycan və Özbəkistan könüllülərinin iştirakı ilə ağacəkmə aksiyası təşkil olunub.
Ekologiyanın qorunması və ətraf mühitin yaxşılaşdırılmasına yönəlmiş bu təşəbbüs iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edib.
Daha sonra iştirakçılar “ASAN xidmət” mərkəzində iki ölkənin mədəniyyətini əks etdirən xüsusi stendlərlə tanış olublar. Stendlərdə milli geyimlər, əl işləri, musiqi alətləri və digər mədəniyyət nümunələri nümayiş etdirilib.
Bundan əlavə iştirakçılar tədbir zamanı hər iki ölkənin mətbəxinin milli təamlarını dadmaq və zəngin kulinariya irsini daha yaxından tanımaq fürsəti əldə ediblər.








