ASAN Könüllüləri Zəfər Gününə həsr olunan qanvermə aksiyası davam edir.
6 saylı Bakı "ASAN xidmət" mərkəzinin könüllülərinin təşəbbüsü və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının (Mərkəzi Qan Bankı) dəstəyi ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş IV Qanvermə aksiyası həyata keçirilib.
Aksiya çərçivəsində çox sayda vətəndaşlar donor olublar.







