2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin könüllülərinin təşəbbüsü ilə “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə Məktub” layihəsi çərçivəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir baş tutub.
Tədbir N saylı hərbi hissələrin birində keçirilib.
Tədbirdə öncə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxışlar edilərək tədbir açıq elan edilib. Daha sonra isə Kəşfiyyat qrupunun nümayiş məşqi izlənilib.
Həmçinin “Əsgərə Məktub” layihəsi çərçivəsində “ASAN xidmət” mərkəzlərində vətəndaşlarımız tərəfindən yazılmış məktublar və “Əsgərə Kitab” aksiyası çərçivəsində toplanan kitablar əsgərlərə təhvil verilib.
Hərbi hissədə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası da baş tutub.
Sonra “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının musiqi qrupunun üzvlərinin vətənpərvərlik ruhunda ifaları səsləndirilib.
Sonda hərbi hissə ərazisinə ekskursiya baş tutub.








