Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“ASAN xidmət” Almaniyanın nüfuzlu “Behörden Spiegel” qəzetində


Almaniyanın nüfuzlu `Behörden Spiegel` qəzetinin 16 aprel tarixli sayında “ASAN xidmət“ haqqında məqalə dərc olunub. Məqalənin müəllifi Qafqaz və Xəzər regionunun araşdırılması üzrə Berlin Avropa İnstitutunun sədri Matias Dornfeltdir.

Müəllif “ASAN xidmət”i dövlət xidmətlərinin göstərilməsi istiqamətində pozitiv rezonansa səbəb olan yeni model adlandırıb. Qeyd edib ki, “ASAN xidmət”in uğur formullarından biri müasir informasiya texnologiyalarının tətbiqi ilə vətəndaşlara rahat və sadə yolla məlumatların verilməsi və xidmətlərin göstərilməsidir.  

Məqalədə “ASAN xidmət”-in Azərbaycanın korrupsiyaya qarşı mübarizədə nümünəvi model olduğu, mərkəzlərdə innovativ yeniliklərin tətbiqi ilə korrupsiya hallarının qarşısının alındığı, şəffaflığın maksimum səviyyədə təmin olunduğu vurğulanıb.  

Sonda qeyd olunub ki, inkişaf edən Azərbaycanda “ASAN xidmət” uğur modelinə çevrilib və ASAN təcrübəsinin digər ölkələrdə də tətbiqinə başlanılıb. 


Tarix: 16-04-2015 17:40