Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Böyük Britaniya Kral Prokurorluq Xidmətinin rəis müavini “ASAN xidmət” mərkəzi ilə tanış olub


30 aprel 2015-ci il tarixində Azərbaycanda səfərdə olan Böyük Britaniya Kral Prokurorluq Xidmətinin rəis müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvü Harri Balç 4 saylı "ASAN xidmət" mərkəzində olub.

Qonağa “ASAN xidmət”-in yaradılması və fəaliyyət məqsədləri barədə məlumat verilib. Qeyd olunub ki,  şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”-in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Cənab Harri Balç dövlət xidmətlərinin göstərilməsi sahəsində “ASAN xidmət” konsepsiyasının örnək model olduğunu və bu təcrübənin digər ölkələrdə tətbiqinin əhəmiyyətini vurğulayıb.

“ASAN xidmət” mərkəzlərininin vətəndaşların yüksək etimadını qazandığı və 4 000 000-dan çox müraciətin qəbul olunduğu qonağın diqqətinə çatdırılıb.

“ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olan qonaq mərkəzə və əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


Tarix: 29-04-2015 13:48