Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Dövlət qulluqçuları dövlətə sədaqət andı içib


1 may 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Ulu öndər Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş dövlət qulluqçularının andiçmə mərasimi baş tutub.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən elan olunmuş müsabiqələrdən müvəffəqiyyət qazanmış, 1 illik staj və 6 aylıq sınaq müddətini uğurla başa vuran Dövlət Agentliyinin əməkdaşlarının daimi dövlət qulluğuna qəbul olunmaları üçün andiçmə mərasimi keçirilib.

Mərasimdə Dövlət Agentliyinin Aparatında, Bakı, Sumqayıt, Gəncə, Bərdə “ASAN xidmət” mərkəzlərində çalışan 27 əməkdaş və eyni zamanda Dövlət Agentliyinin rəhbərliyi iştirak edib. Tədbir zamanı dövlət qulluqçuları dövlətə sədaqət andı içib, Dövlət Agentliyinin sədri İnam Kərimov və sədrin müavini Ülvi Mehdiyev isə onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, daim vətənə sadiq qalmağı və onun mənafeyi uğrunda çalışmağı tövsiyə ediblər. 


Tarix: 03-05-2015 13:12