Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Litvanın Elm, İnnovasiya və Texnologiya Agentliyinin sədri “ASAN xidmət” mərkəzi ilə tanış olub


8 may 2015-ci il tarixində Litvanın Elm, İnnovasiya və Texnologiya Agentliyinin sədri Arunas Karlonasın rəhbərlik etdiyi nümayəndə heyəti 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin binası və fəaliyyəti ilə tanış olub

Qonaqları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev salamlayıb.  Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan ixtirası və brendi olan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır. Bundan başqa diqqətə çatdırılıb ki, “ASAN xidmət” mərkəzlərində indiyədək 5.000.000-a yaxın müraciət qeydə alınıb.

Qonaqlar “ASAN xidmət” konsepsiyasını dövlət xidmətlərinin göstərilməsində nümunəvi model hesab edərək, bu təcrübənin dünya ölkələrində tətbiqinin əhəmiyyətini vurğulayıblar.

 “ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıblar.


Tarix: 07-05-2015 14:38