Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Almaniya Bundestaqının Cənubi Qafqaz Dostluq Qrupu sədrinin başçılıq etdiyi nümayəndə heyəti “ASAN xidmət”də


17 may 2015-ci il tarixində Almaniya Federativ Respublikası Bundestaqının Almaniya-Cənubi Qafqaz Dostluq Qrupunun sədri xanım Karin Ştrentsin başçılıq etdiyi nümayəndə heyəti 4 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub.

“ASAN xidmət”-in yaradılması və fəaliyyət məqsədləri barədə məlumatlandırılan qonaqlara bu konsepsiyanın dövlət xidmətlərinin göstərilməsi üzrə Azərbaycan modeli olduğu bildirilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”-in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

“ASAN xidmət” təcrübəsinin dövlət xidmətlərinin həyata keçirilməsi baxımından digər ölkələrdə də tətbiqinin müstəsna əhəmiyyəti vurğulanıb.

Mərkəzlərdə vətəndaş məmnunluğunun əldə edilməsi istiqamətində arzuolunan nəticələrin əldə edildiyi və 5 000 000-a yaxın müraciətin daxil olduğu qonaqların diqqətinə çatdırılıb.

 “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olan nümayəndə heyəti qonaqpərvərliyə görə öz minnətdarlığını bildirib, mərkəzə və əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


Tarix: 17-05-2015 15:15