Zəfər Günü ölkəmizdə böyük təntənə ilə qeyd olunur
8 Noyabr – Zəfər Günü ölkəmizdə böyük təntənə ilə qeyd olunur.
Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollektivi Zəfər parkını ziyarət edib.
Ziyarət zamanı Zəfər abidəsi önünə gül dəstələri qoyulub, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.